84 yaşlı amerikalı yazıçı və televiziya aparıcısı Marta Stüart İngiltərənin “Swansea City” futbol klubunun az bir hissəsini satın alıb.
Medianews.az xəbər verir ki, klub hazırda İngiltərə Çempionatında mübarizə aparır.
İngilis mətbuatının məlumatına görə, M. Stüart bu sərmayə qərarını yaxın dostu, tanınmış müğənni Snoop Doggun tövsiyəsi ilə verib. Bildirilir ki, Marta Stüart tez-tez “Swansea City”nin oyunlarını izləyib və klubun tarixinə böyük maraq göstərib.
Marta Stüart ABŞ tarixində öz zəhməti ilə milyarder olan ilk qadın kimi tanınır. O, uzun illərdir yazı, jurnal və televiziya fəaliyyəti ilə məşhurdur.
Medianews.az

