Medianews.az
Messi 5, başqaları...
90 baxış

Messi 5, başqaları...

İyunun 11-dən keçirilən dünya futbol çempionatının qrup mərhələsində 44 oyun arxada qalıb, 134 qol vurulub. Hər oyuna orta hesabla 3,05 qol düşür.

Turnirdə 8 avtoqol qeydə alınıb.

Medianews.az bildirir ki, bombardirlər siyahısına 5 qolla Lionel Messi (Argentina) başçılıq edir.

Kilian Mbappe (Fransa) və Erlinq Holann (Norveç) 4, Conatan Devid (Kanada) və Dəniz Undav (Almaniya) 3 qol vurub.

18 oyunçu 2 qola, 71 oyunçu 1 qola imza atıb.

1987-ci il təvəllüdlü Lionel Messi ilk futbol dərslərini Argentinanın “Qrandoli” və “Nyuells Old Boyz” komandalarında alıb, 2000-ci ildən İspaniyada yaşayıb, “Barselona” klubunun məktəbində yetişib.

2004-2021-ci illərdə “Barselona” forması geyinib, 2021-2023-cü illərdə Fransanın PSJ komandasında oynayıb, 2023-cü ildən ABŞ-ın “İnter Mayami” komandasında çıxış edir.

10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 7 dəfə İspaniya superkubokunu, 1 dəfə Fransa superkubokunu qazanıb.

“Barselona” ilə Lionel Messi 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 3 dəfə UEFA superkubokunu qazanıb, 3 dəfə klublar arasında dünya çempionluğu əldə edib.

“İnter Mayami”də Lionel Messi MLS (ABŞ və Kanadanın yüksək liqası) çempionu olmağı bacarıb, həmçinin Şimali Amerikanın liqa kubokunu götürüb.

Lionel Messi Argentinanın gənclər yığması ilə dünya çempionu (2005) və olimpiya çempionu (2008) titullarına sahib çıxıb.

2005-ci ildən oynadığı Argentina milli komandasının heyətində Lionel Messi Amerika kubokunun sahibi (2021, 2024), dünya çempionu (2022) olub.

Lionel Messi futbolda ən nüfuzlu fərdi təltif sayılan “Qızıl top” mükafatının rekordçusudur. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” alıb.

Medianews.az

Bizə qoşulun