Medianews.az
Mobil internet SÖNDÜRÜLDÜ -
104 baxış

Mobil internet SÖNDÜRÜLDÜ - Bu ölkədə

Moskvada mobil internet xidməti dayandırılıb.

Medianews.az xəbər verir ki, Moskva sakinləri mobil internet problemlərindən şikayətlənirlər.

Onlar hətta "ağ siyahıya" salınmış veb saytların da işləmədiyini deyirlər. Bu gün səhər tezdən mobil internet kəsintiləri barədə məlumat yayılıb. Oxşar şikayətlər Sankt-Peterburqdan və digər regionlardan da gəlir.

Müxtəlif operatorlardan internet xidməti ilə bağlı şikayətlərin artması "detector404" xidmətində də müşahidə olunur. Xidmətin məlumatına görə, mobil internet xidməti ilə bağlı şikayətlərin sayı Moskva vaxtı ilə səhər saat 8:00 radələrində artmağa başlayıb.

MTS, T2, Beeline və Yota operatorlarında mobil internet kəsintiləri barədə məlumat yayılıb.

T2 operatoru Moskva vilayətində də eyni problemlərlə üzləşib.

Qeyd edək ki, Moskva və Sankt-Peterburqda mobil operatorlar abunəçilərinə 5-9 may tarixlərində təhlükəsizlik səbəbi ilə mobil internet məhdudiyyətləri tətbiq olunacağı barədə bildirişlər göndərib./APA 

Bizə qoşulun