Medianews.az
Möcüzəvi hadisə:
93 baxış

Möcüzəvi hadisə: 9-cu mərtəbədən yıxılan uşaq SAĞ QALDI  

Rusiyada 11 yaşlı oğlan 9-cu mərtəbədən yıxılaraq sağ qalıb.

Medianews.az xəbər verir ki, hadisə aprelin 1-i, Moskvada baş verib.

Saat 21:00 radələrində binanın sakinləri uşağı pəncərənin altında görərək təcili yardım çağırıblar. Bir neçə dəqiqə sonra valideynləri hadisə yerinə gəlib. Onların sözlərinə görə, 20 dəqiqəlik mağazaya getdikləri vaxt oğlan evdə tək qalıb və ehtimal ki, təsadüfən otağının pəncərəsindən yıxılıb.

Uşağın heç bir mənfi fikri olmadığı bildirilib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Həkimlər tam sağalması üçün bir neçə ay vaxt lazım olacağını qeyd ediblər.

Medianews.az

Bizə qoşulun