Medianews.az
Möcüzəvi xilas: ata və uşaq qatarın altından sağ çıxdı -
107 baxış

Möcüzəvi xilas: ata və uşaq qatarın altından sağ çıxdı - VİDEO

Banqladeşdə qatar stansiyasında ata relslərə düşən azyaşlı övladını xilas edərək onunla birlikdə qatarın altından sağ çıxıb.

Medianews.az xəbər verir ki, hadisə Kişoreqanc bölgəsində yerləşən Bhairab qatar stansiyasında qeydə alınıb.

Qatar hərəkətdə olarkən uşaq platforma ilə qatar arasındakı boşluğa düşüb. Atası dərhal relslərə atılaraq uşağı qucağına alıb və qatar keçərkən yerində hərəkətsiz qalıb.

Qatarın bir neçə vaqonu onların üzərindən çox yaxın məsafədən keçsə də, ata və uşaq xəsarət almayıb. Ətrafdakıların panik vəziyyətdə izlədiyi anlar kameraya düşüb və sosial şəbəkələrdə geniş yayılıb.

Hadisədən sonra ata və uşaq təhlükəsiz şəkildə relslərdən çıxarılıb.

Görüntülər sosial mediada “möcüzəvi xilas” kimi geniş müzakirə olunub.

Medianews.az

 

Bizə qoşulun