İranın öldürülən ali rəhbəri Əli Xameneinin oğlu və onun ehtimal olunan varisi Müctəba Xameneinin iqamətgahı gecə saatlarında hücuma məruz qalıb.
Medianews.az Musavat.com-a istinadla bildirir ki, məlumatı ZED TV kanalı öz mənbələrinə əsaslanaraq yayıb.
Verilən xəbərlərə görə, Tehrana endirilən hava zərbəsinin hədəfi məhz Müctəba Xamenei olub.
Hazırda isə İran ali rəhbərinin mümkün varisinin taleyi barədə heç bir rəsmi məlumat yoxdur.