Medianews.az
Müəllim ev tapşırığına görə şagirdə
211 baxış

Müəllim ev tapşırığına görə şagirdə işgəncə verdi

Taylandda müəllim ev tapşırığına görə şagirdi cəzalandıraraq 800 dəfə çömbəlməyə məcbur edib.

Medianews.az xəbər verir ki, hadisə Lopburi əyalətində baş verib.

Oğlan şiddətli ayaq ağrısı və böyrək problemləri ilə xəstəxanaya yerləşdirilib.

Fevralın 5-də təhsil komissiyası ilkin araşdırma aparıb və uşağın valideynlərinin iddialarını təsdiqləyib. Müəllim müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Zərərçəkənin vəziyyəti sabitləşib, lakin ona fizioterapiya lazımdır. Qalmaqalın mərkəzində olan müəllim xəstəxanada şagirdi ziyarət etmək istəyib, lakin icazə verilməyib.

Lopburi qubernatoru işi şəxsi nəzarətinə götürüb. Rayon rəsmiləri üzr istəmək üçün oğlanın ailəsinə baş çəkiblər. İstintaq davam edir.

Hadisə ölkə miqyasında qalmaqal yaradıb.

Medianews.az

Bizə qoşulun