Medianews.az
Müəllimliyi atdı, milyonlar qazanmağa başladı -
179 baxış

Müəllimliyi atdı, milyonlar qazanmağa başladı - FOTO

Türkiyədə bir vaxtlar sinifdə çəkilən görüntüləri ilə gündəmə gələn Fidan Atalay müəllimlik fəaliyyətini dayandıraraq sosial media sahəsinə yönəlib.

Medianews.az xəbər verir ki, Dövlət qulluğuna qəbul (KPSS) imtahanına hazırlaşanlara iqtisadiyyat üzrə ingilis dilində dərs keçən müəllim  sosial şəbəkələrdə populyarlıq qazanıb.

Sonradan o, karyerasını dəyişərək rəqəmsal kontent yaradıcısı kimi fəaliyyətə başlayıb.

Məlumata görə, o artıq dərs demir və sosial mediada abunəlik sistemi vasitəsilə izləyicilərinə özəl paylaşımlar təqdim edir. İddialara əsasən, Atalayın abunə sayı 12 mindən çoxdur. Aylıq abunə haqqının 79,99 türk lirəsi (təxminən üç yüz beş manat) olduğu bildirilir.

Bu göstəricilərə əsasən, onun aylıq gəlirinin təxminən 1 milyon türk lirəsinə (otuz səkkiz min yüz manat) yaxın olduğu qeyd olunur. Qısa müddətdə əldə etdiyi bu qazanc sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az

 

Bizə qoşulun