"Müharibə axtarmırıq, hüquqlarımızı tələb edirik”.
Medianews.az İSNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İdman və Gənclər Nazirliyində keçirdiyi yoxlamalar zamanı səsləndirib.
O, ölkəsinin müharibə niyyətində olmadığını, lakin öz hüquqlarını müdafiə etdiyini bəyan edib.
Pezeşkian bildirib ki, Tehran münaqişəni başladan tərəf deyil və əsas məqsəd müharibəni “şərəflə başa çatdırmaqdır”.
Prezident hökumətə yönələn tənqidləri diqqətdən kənarda qoymadıqlarını qeyd edərək, mövcud şəraitdə cəmiyyətin birliyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İran ictimaiyyəti ABŞ və İsrailin hücumları qarşısında həmrəy olmalıdır.
Pezeşkian həmçinin ABŞ və İsraili regionda gərginlik və terror yaymaqda ittiham edib. O, Donald Tramp administrasiyasının İranın nüvə fəaliyyətlərinə qarşı addımlarını tənqid edərək, bu siyasətin əsassız olduğunu bildirib.
“Biz müharibə axtarmırıq, hüquqlarımızı tələb edirik”, - o vurğulayıb.