Medianews.az
Xəzər rayonunda ikimərtəbəli
75 baxış

Xəzər rayonunda ikimərtəbəli ev yandı

Xəzər rayonunda ikimərtəbəli ev yanıb.

Medianews.az bildirir ki, bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sahəsi 20 m² olan otaq yüksək temperaturdan qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizə qoşulun