Kriştiano Ronaldo zədəsinin gözləniləndən daha ciddi olduğu açıqlanıb
Medianews.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Al‑Nassr FC klubunun baş məşqçisi Ronaldonun bud əzələsindən aldığı zədənin ilkin gözləntilərdən daha ağır olduğunu bildirib.
Onun sözlərinə görə, aparılan tibbi müayinələrdən sonra portuqaliyalı ulduz futbolçunun müalicəsini ölkə xaricində davam etdirməsinə qərar verilib.
Məşqçi qeyd edib ki, Ronaldo müalicə üçün İspaniyaya yollanıb. Futbolçu Madriddə şəxsi terapevtinin nəzarəti altında bərpa prosesi keçəcək.
Jorge Jesus bildirib ki, komandada daha əvvəl də zədələnən bəzi futbolçular müalicə üçün İspaniyaya göndərilib və Ronaldo da eyni prosedurdan keçəcək.
“Müayinələr göstərdi ki, Cristiano Ronaldonun zədəsi gözləniləndən daha ciddidir. Digər zədələnən oyunçular kimi o da müalicə üçün İspaniyaya gedəcək. Madriddə şəxsi terapevti ilə çalışacaq. Ümid edirik ki, o, ən qısa zamanda komandaya qayıdacaq”, – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, son günlər Ronaldonun İranla bağlı gərginlik fonunda Səudiyyə Ərəbistanını tərk etməsi barədə müxtəlif iddialar səslənsə də, klub rəhbərliyi futbolçunun ölkədən getməsinin əsas səbəbinin müalicə prosesi olduğunu açıqlayıb.
Medianews.az