Müharibə gərginliyi səbəbindən Taylandda qalan sosial media fenomeni Duygu German ölkəsinə qayıda bilmədiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, o bildirib ki, ləğv edilən uçuşlar səbəbindən uzun müddətdir Taylandda qalmağa məcbur olub.
Göz yaşları içində danışan German təyyarə biletlərinin bir neçə dəfə ləğv edildiyini deyib: “Təyyarə biletlərimin dördü ləğv edilib. Evə gedə bilmirəm”.
Hər il tətillərini ailəsi ilə birlikdə keçirdiyini deyən sosial media fenomeni bu dəfə ailəsindən uzaq qaldığını bildirib. Onun sözlərinə görə, bu il ilk dəfə bayramı ailəsindən uzaqda keçirməli olub.
Duygu German qeyd edib ki, əslində Taylanda qısa müddətli istirahət üçün gəlib: “Bir həftəlik tətilə gəlmişdim, amma bir aydır ki, burada qalmışam”.
Bildirilib ki, regionda artan müharibə gərginliyi səbəbindən bir çox uçuşlar ləğv edilib və ya təxirə salınıb. Bu səbəbdən çox sayda sərnişin kimi Duygu German da ölkəsinə qayıtmaqda çətinlik yaşayır.
Medianews.az