Medianews.az
Mütəxəssis xəbərdarlıq edir:
141 baxış

Mütəxəssis xəbərdarlıq edir: “Uşaqlarla birgə süfrəyə oturun”

Ailə ilə birlikdə yemək yemək uşaqların həm təhsil uğurlarına, həm də sosial bacarıqlarına müsbət təsir göstərir.

Medianews.az xəbər verir ki, türkiyəli professor Ahmet Güzəl bu vərdişin uşaqların inkişafında mühüm rol oynadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, ailə ilə tez-tez birlikdə yemək yeyən uşaqlar daha yüksək özgüvənə, ünsiyyət və problem həll etmə bacarıqlarına sahib olur. Bu həm də onların akademik nəticələrinə müsbət təsir edir.

O qeyd edib ki, həftədə ən az 5 dəfə ailə süfrəsində iştirak edən uşaqlarda sosial bacarıqlar daha güclü olur. Ailə daxilində ünsiyyət uşaqların problemlərini paylaşmasına və həll yolları tapmasına kömək edir.

Professor həmçinin bildirib ki, birlikdə yemək vərdişi uşaqlarda təkliq hissini azaldır və siqaret, alkoqol və digər zərərli vərdişlərə meyli 30-50 faiz azalda bilər.

Mütəxəssis vurğulayıb ki, ailə daxili ünsiyyət uşaqların həm sosial, həm də emosional inkişafında əsas rol oynayır. Birlikdə süfrə paylaşmaq bu inkişafın ən vacib hissələrindən biridir.

Medianews.az

Bizə qoşulun