"Uşaqlıqdan bəri şirniyyatların dişlər üçün zərərli olduğunu bilirik. Lakin çox az adam diş çürüməsinin təkcə diş minasına deyil, həm də ürəyə zərər verə biləcəyini anlayır".
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı stomatoloq-implantoloq Dmitri Dmitriyeviç deyib.
Mütəxəssis dişləri sağlam saxlamağın yollarını və müalicə olunmayan diş çürüməsinin bütün orqanizm üçün nə qədər təhlükəli olduğunu izah edib:
"Qədim insanlarda demək olar ki, diş problemləri olmayıb - diş çürüməsinin yayılması cəmi 1-2% təşkil edib. Əkinçiliyə keçidlə bu göstərici 6%-ə yüksəlib. Emal olunmuş qidaların və şəkərin yayılması ilə isə müasir ölkələrdə bu rəqəm 90%-ə çatıb. Diş minasındakı bakteriyalar turşular ifraz edir, mineral komponentlər isə onları neytrallaşdırmağa çalışır. Lakin bu minerallar yuyulub gedir və nəticədə dişdə boşluq yaranır".
Kardioloq Kristina Vulf isə problemin sistemli təhlükə yaratdığını qeyd edib:
"Zədələnmiş mina vasitəsilə bakteriyalar dişə və diş ətinə nüfuz edərək parodontitə səbəb olur. Bu iltihab infarkt və insult üçün müstəqil risk faktorudur. Ağız boşluğundakı infeksiya qan dövranına düşərək damar divarlarına çökə və pielonefritin, oynaq və mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər".