Medianews.az
Neft hasilatında yeni normalar
143 baxış

Neft hasilatında yeni normalar

OPEC+ koalisiyasında xam neftin gündəlik hasilat normaları qismən yenilənir.

Medianews.az bildirir ki, razılaşmaya görə, iyunun 1-dən Səudiyyə Ərəbistanı hasilatı 10 milyon 291 min, Rusiya 9 milyon 762 min, İraq 4 milyon 352 min, Küveyt 2 milyon 628 min, Qazaxıstan 1 milyon 599 min, Əlcəzair 989 min, Oman 826 min barrelə qaldırmaq imkanı əldə edir.

Qalan ölkələrin kvotaları belədir:

Meksika - 1 milyon 753 min barrel

Nigeriya - 1 milyon 500 min barrel

Azərbaycan - 551 min barrel

Malayziya - 401 min barrel

Konqo - 277 min barrel

Bəhreyn - 196 min barrel

Qabon - 177 min barrel

Cənubi Sudan - 124 min barrel

Bruney - 83 min barrel

Ekvatorial Qvineya - 70 min barrel

Sudan - 64 min barrel.

OPEC-ə Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26 dollarla başlayıb.

Medianews.az

Bizə qoşulun