Medianews.az
“Neftçi” və “Qarabağ” bir həftədə
109 baxış

“Neftçi” və “Qarabağ” bir həftədə iki dəfə qarşılaşacaq

Peşəkar Futbol Liqası “Neftçi” və “Qarabağ” arasında 21-ci turdan təxirə salınan matçın vaxtını açıqladıqdan sonra maraqlı məqam ortaya çıxıb.

Medianews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu komandalar 1 həftə ərzində 2 dəfə üz-üzə gələcəklər.

Belə ki, “Neftçi” və “Qarabağ” aprelin 24-də Misli Premyer Liqasının 29-cu turu çərçivəsində üz-üzə gələcəklər.

Məhz elə həmin həftə - aprelin 30-da komandalar arasında təxirə salınmış matç da baş tutacaq.

Beləliklə, komandalar bir həftə ərzində iki dəfə qarşılaşmalı olacaqlar.

Bizə qoşulun