Medianews.az
Neftin bir barreli: 150 dollar –
210 baxış

Neftin bir barreli: 150 dollar – Nazir xəbərdarlıq edir

ABŞ və İsrailin fevralın 28-dən İrana qarşı keçirdiyi hərbi əməliyyatlar neft daşımalarına əngəl yaratdığından dünyada enerji kəskin bahalaşır.

Medianews.az-ın məlumatına görə, Qətərin energetika naziri Səəd əl-Kəbi Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib ki, Yaxın Şərqdə davam edən müharibə nəticəsində Fars körfəzi ölkələrində enerji istehsalının dayanması ehtimalı var və bu halda dünya bazarında neftin qiyməti daha da yüksələcək.

Nazir bildirib ki, bölgədəki münaqişə bütün körfəz ölkələrinin enerji ixracını qısa müddətdə dayandırmağa məcbur edə və neftin bir barrelinin qiyməti 150 dollara qalxa bilər.

Hazırda dünya bazarında əsas etalon sayılan “Brent” markalı neft təxminən 89 dollara satılır.

Enerji analitikləri də xəbərdarlıq edirlər ki, bölgədə ixracın faktiki dayanması fonunda neft anbarları sürətlə dolur və bu, körfəz ölkələrində xam neft hasilatının azaldılmasına gətirib çıxara bilər.

Səəd əl-Kəəbi bildirib ki, əgər neft tankerləri və digər ticarət gəmiləri strateji əhəmiyyətli Hörmüz boğazından keçə bilməsə, iki-üç həftə ərzində neftin qiyməti 150 dollara çatacaq.

Medianews.az

Bizə qoşulun