Medianews.az
Nəsibə Zeynalovanın arxiv
135 baxış

Nəsibə Zeynalovanın arxiv KADRLARI YAYILDI - VİDEO

Azərbaycanın Xalq artisti, mərhum aktrisa Nəsibə Zeynalova ilə bağlı arxiv görüntülər yenidən gündəmə gəlib.

Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar izləyicilərin böyük marağına səbəb olub. Videoda sənətkarın illər öncə verdiyi müsahibədən parçalar yer alıb. Onun səmimi fikirləri və həyat təcrübəsi istifadəçilər tərəfindən diqqətlə qarşılanıb.

Xüsusilə aktrisanın həmin dövrdəki görünüşü və səhnə enerjisi sosial media istifadəçiləri arasında geniş müzakirələrə yol açıb. Paylaşımın şərh bölməsində çoxsaylı rəylər yazılıb. İzləyicilər sənətkarın təbii gözəlliyini, özünəməxsus ifa tərzini və Azərbaycan kinosuna verdiyi töhfələri vurğulayıblar.

Bir çox istifadəçi onun kimi sənətkarların nadir yetişdiyini qeyd edərək, Nəsibə Zeynalova kimi ustadların daim yaddaşlarda yaşayacağını bildirib.

Qeyd edək ki, Nəsibə Zeynalova Azərbaycan teatr və kino sənətində silinməz iz qoymuş sənətkarlardan biri kimi yadda qalır. Onun yaratdığı obrazlar bu gün də tamaşaçılar tərəfindən sevilir və hörmətlə anılır./Milli.az

Bizə qoşulun