İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı müharibəni davam etdirəcəyini bildirib və Tehrana qarşı “sürpriz dolu bir plan” hazırladıqlarını deyib.
O, bunu mətbuat konfransında bəyan edib.
Baş nazir İsrail ordusunun İrana qarşı əməliyyatları tam gücü ilə davam etdirdiyini söyləyib.
Onun sözlərinə görə, İsrail regionda strateji vəziyyəti dəyişmək üçün riskli qərarlar qəbul edib./“Qafqazinfo”