"Netflix" striminq xidməti mayın 16-da öz tarixində ilk dəfə qarışıq döyüş növləri üzrə turnir keçirəcək.
Bu barədə xidmətin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Mayın 16-da Los-Ancelesdəki "Intuit Dome" arenasında platforma tarixində ilk dəfə "Most Valuable Promotions" promouşeninin MMA turniri baş tutacaq və o bütün dünya üzrə 325 milyon abunəçi üçün canlı yayımlanacaq.
Şirkət MMA-da debütünü Ronda Rauzi və Cina Karanonun iştirak edəcəyi şou ilə edəcək. Əsas döyüş kartında həmçinin keçmiş UFC döyüşçüləri Neyt Diaz və Mayk Perrinin, eləcə də Frensis Nqannu ilə Filip Linsin döyüşləri keçiriləcək./oxu.az