Medianews.az
Növbəyə görə
85 baxış

Növbəyə görə həkimi döydülər

Rusiyada xəstəxanada həkimə hücum edən şəxslərə hökm oxunub.

Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin yayında Tyumen şəhərində baş verib.

İki kişi və iki qadın qəbul şöbəsində növbəsiz travmatoloqa düşmək istəyib. Həkim isə həmin vaxt ağır yaralı xəstəyə yardım göstərdiyi üçün onları gözləməyə çağırıb. Bundan qəzəblənən şəxslər həkimi kabinetdən çıxararaq dəhlizdə döyüblər və hadisə yerindən qaçıblar.

Hücum anı kameralar tərəfindən qeydə alınıb və şübhəlilər qısa müddətdə saxlanılıb. Məhkəmə iki kişini qrup halında xuliqanlıqda təqsirli bilib və hər birinə 2 il 4 ay həbs cəzası verib.

Bundan əlavə, zərərçəkmiş həkimə mənəvi ziyana görə kompensasiya ödənilməsi qərara alınıb.

Hadisənin həkimin sağlamlığına ciddi təsir etdiyi bildirilir.

Medianews.az

Bizə qoşulun