Medianews.az
Novruzda tonqal adəti necə yaranıb?
88 baxış

Novruzda tonqal adəti necə yaranıb?

Azərbaycanın qədim el adətləri arasında Novruz bayramı zamanı tonqal qalamaq, göyə yanar fişənglər atmaq, lopa-üskü fırladaraq odun üstünə atmaq və bayram süfrəsi düzəltmək mühüm yer tutur.

Medianews.az bildirir ki, bu mərasimlər qədim mifik dünyagörüşə əsaslanır. İnsanlar odun və alovun köməyi ilə soyuq, qaranlıq, xəstəlik gətirən pis qüvvələri uzaqlaşdırmaq və çillədən-qışdan çıxmaq üçün Günəşin gücünü çağırmaq məqsədi güdürdülər.

Tonqalın üstündən atılarkən gənc qızlar ürəklərində bu nəğmələri oxuyaraq həm öz uğurlarını odlara tökür, həm də pis ruhları uzaqlaşdırmağa çalışırdılar:

“Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun,

Yansın Alov saçılsın,

Mənim bəxtim açılsın.”

Yazılı mənbələrə görə, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə yaranıb. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında və digər klassik şairlərin əsərlərində bu bayram xalqın həyatında mühüm rol oynayan ən geniş qeyd olunan bayram kimi vurğulanıb. Novruz mərasimləri həm də odun yaşamaq və yaşatmaq rəmzi kimi dəyərləndirilir.

Bizə qoşulun