Medianews.az
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxır -
209 baxış

"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxır - FOTO

Bu gün baş tutacaq Çempionlar Liqasının cavab oyununda "Nyukasl Yunayted"in bir neçə əsas oyunçusu olmayacaq.

Milli.Az xəbər verir ki, kapitan Bruno Guimaraes, Luis Miley, Fabian Schar, Tino Livramento və Emil Krafth zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Sven Botman və Yoane Wissa isə son üç oyunu buraxsalar da, bu gün "Qarabağ"la matçda iştirak edəcəklər.

Qeyd edək ki, bu gün "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matçda qonaqlar 6:1 hesablı qələbə qazanıb.

Bizə qoşulun