Medianews.az
Odessa od içində:
55 baxış

Odessa od içində: Yaralılar var, məktəb və bağça dağıldı

Rusiya ordusunun gecə saatlarında Odessa şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində ciddi dağıntılar baş verib və dinc sakinlər xəsarət alıb.

Musavat.com xəbər  verir ki, Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hücum nəticəsində iki qadın yaralanıb.

Zərbələr zamanı iki mərtəbəli yaşayış binasına ciddi ziyan dəyib. Partlayış dalğasının gücü ətrafdakı binaların pəncərələrini sıradan çıxarıb. Hücumdan zərər çəkən binalar arasında təhsil müəssisələrinin — bir məktəb və bir uşaq bağçasının da olduğu bildirilir.

Bundan başqa, şəhərdəki sənaye obyektlərindən birinin inzibati binasına birbaşa mərmi düşməsi nəticəsində yanğın qeydə alınıb. Hadisə yerinə dərhal xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Bizə qoşulun