Çin mətbuatında yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, Çinin Liaoning əyalətində keçirilən dəfn mərasimində lüks avtomobilin mərhumla birlikdə basdırılması ictimai qınaqla qarşılanıb.
Görüntülərdə “8888” nömrə nişanlı Mercedes-Benz S450L markalı avtomobilin ekskavator vasitəsilə qazılmış çuxura endirilərək basdırılması əks olunub.
Bildirilir ki, bu addım bəzi bölgələrdə hələ də mövcud olan qədim inanclarla əlaqələndirilir. Həmin inanclara görə, mərhumun qiymətli əşyalarla birlikdə dəfn olunması onun üçün “son vəzifə” sayılır.
Medianews.az