Uşaqları olan idmançılar İtaliyada keçiriləcək Olimpiya Oyunlarında pulsuz uşaq bezi alacaqlar.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İdmançılar Komissiyasının rəhbəri Emma Terhon bildirib:
“İdmançılar məhdud sayda istehsal olunmuş smartfonlar, 500 dollarlıq mənzil sertifikatı alacaqlar və əgər onların kiçik uşaqları varsa, onlara pulsuz uşaq bezi dəsti veriləcək".
2026-cı il Olimpiya Oyunlarının açılış mərasimi 6 fevralda keçiriləcək və ilk yarışlar 4 fevral çərşənbə günü başlayacaq. Oyunlarda ümumilikdə 116 medal dəsti uğrunda mübarizə aparılacaq.