Medianews.az
Onlar "Space" Tv-nin rəhbəri olublar -
159 baxış

Onlar "Space" Tv-nin rəhbəri olublar - Adlar+Fotolar

Xəbər verdiyimiz kimi, bu gün beynəlxalq münasibətlər üzrə mütəxəssis, diplomat və jurnalist Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.

Medianews.az bildirir ki, “Space” 1997-ci ildə fəaliyyətə başlayıb. Həmin ildən 2001-ci ilədək kanala ictimai-siyasi xadim Eldar Namazov rəhbərlik edib.

2001-2006-cı illərdə "Space"in rəhbəri jurnalist, pedaqoq Etibar Babayev olub.

2006-cı ildən 2021-ci ilin fevral ayınadək teleşirkətə kinorejissor Vaqif Mustafayev rəhbərlik edib.

2021-in fevral-may aylarında kanalın direktoru vəzifəsini ssenarist, musiqi redaktoru və media meneceri Kamil Şahverdiyev tutub.

2021-ci ilin mayından 2023-cü ilin fevralınadək "Space"in rəhbəri ssenarist, kinoprodüser Müşfiq Hətəmov olub.

2023-cü ilin fevralından 2026-cı ilin aprelindək kanala aktyor, teleaparıcı Vado Korovin direktorluq edib.

Medianews.az

Bizə qoşulun