Medianews.az
Optik illüziya testi:
102 baxış

Optik illüziya testi: 134 nəfərdən yalnız biri tapdı

Optik illüziya əsaslı zəka testi sosial şəbəkələrdə maraq doğurub.

Medianews.az xəbər verir ki, 134 nəfərin qatıldığı sınaqda yalnız bir iştirakçı tapşırığı qısa müddətdə yerinə yetirə bilib.

Testdə səhifə boyunca bir-birinə bənzər pişik təsvirləri yer alır. Onlardan yalnız biri fərqlənir. İştirakçılardan fərqli pişiyi 6 saniyə ərzində tapmaq tələb olunur.

Mütəxəssislər qeyd edirlər ki, bu tip tapşırıqlar vizual diqqəti, müşahidə qabiliyyətini və beyin–göz koordinasiyasını yoxlayır. Qısa vaxtda düzgün cavab tapan şəxslərin vizual zəka və idrak bacarıqlarının daha inkişaf etmiş olduğu bildirilir.

Tapşırığı vaxtında yerinə yetirə bilməyənlər üçün düzgün cavab sonda təqdim olunur. Fərqi müəyyən etmək üçün detallara diqqətlə baxmaq tövsiyə edilir.

 Medianews.az

 

Bizə qoşulun