Medianews.az
Osimhen “Yuventus” matçından sonra danışdı:
75 baxış

Osimhen “Yuventus” matçından sonra danışdı: Qələbə layiqli idi

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasında “Yuventus” ilə oyundan sonra fikirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, nigeriyalı futbolçu matçın çətin keçdiyini bildirib.

 “Əvvəldən axıra qədər məyus oldum. "Yuventus"u təbrik edirəm, bizi həqiqətən çox sınadılar. 10 nəfərlə belə oyunu çətinləşdirdilər və iki qol vurdular. Qolumdan və etdiklərimdən məmnunam” – futboçu deyib.

Osimhenin sözlərinə görə, komanda üzərində çox işləməlidir. O, rəqibin qələbəyə layiq olduğunu da deyib.

Futbolçu, azarkeşlərin dəstəyini xüsusi qeyd edərək, “Ən çətin anlarda belə bizimlə idilər. Onların sayəsində növbəti mərhələyə yüksəldik” ifadələrini işlədib.

Medianews.az

Bizə qoşulun