Medianews.az
Pensiyaçı qadının və qızının 40 milyon rublu oğurlanıb
52 baxış

Pensiyaçı qadının və qızının 40 milyon rublu oğurlanıb

Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar.

"Lenta.ru" xəbər verir ki, bu barədə Moskva Vilayət Prokurorluğu məlumat yayıb.

İdarənin verdiyi məlumata görə, cinayətkarlar zərərçəkmişə zəng edərək özlərini "Dövlət xidmətləri" ("Qosusluqi") portalının əməkdaşları kimi təqdim ediblər. Onlar qadına bank hesablarından pul sızması barədə saxta məlumat verərək, təcili olaraq bütün nağd vəsaitləri çıxarmağı tövsiyə ediblər.

Dələduzların təlimatlarına əməl edən təqaüdçü pulları hissə-hissə hesablarından çıxarıb, onların şəklini çəkib, yığıb bağlayaraq kuryerə təhvil verib. Prokurorluqdan bildirilib ki, qadının yanında yetkin yaşlı qızının olması belə cinayətkarları dayandırmayıb, nəticədə dələduzlar hər iki qadını aldatmağa nail olublar.

Faktla bağlı cinayət işi açılıb./Oxu.Az 

Bizə qoşulun