Medianews.az
Pərvin Quliyevaya
60 baxış

Pərvin Quliyevaya vəzifə verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinat olub.

Bu barədə Medianews.az-a qurumdan məlumat verilib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.

P.Quliyeva 2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, 2023-2024-cü illərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, 2024-2026-cı illərdə Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Bizə qoşulun