Medianews.az
Pişiklərin bığ çıxarmasının mənası var -
62 baxış

Pişiklərin bığ çıxarmasının mənası var - İZAH

Pişiklərin bığları sadəcə gözəllik üçün deyil, onların gündəlik həyatında mühüm rol oynayır.

Medianews.az xəbər verir ki, bu barədə “Forbes” yazır.

Alim Marşal Şepherd izah edib ki, bığlar hava axınlarını, titrəyişləri və ən kiçik hərəkətləri hiss edərək pişiyə ətraf mühitdə yön tapmağa kömək edir.

Rəsmi adı “vibrissa” olan bu xüsusi tüklər pişiyin görmə qabiliyyətini tamamlayır, ov və araşdırma zamanı əlavə məlumat verir. Şepherd hesab edir ki, bığların həssas sinir ucları hətta külək, göy gurultusu və atmosfer təzyiqindəki dəyişiklikləri də hiss edə bilir. Bu səbəbdən pişiklər bığları vasitəsilə hava şəraitini də “proqnozlaşdıra” bilirlər.

Medianews.az

Bizə qoşulun