Medianews.az
Prezident İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
76 baxış

Prezident İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Prezident İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.

Medianews.az AZƏRTAC-a istinadla xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Prezidenti və birinci xanımı Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini də ziyarət ediblər.

Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

Bizə qoşulun