Medianews.az
Prezident Trampın performansından əksər vətəndaşlar narazıdır -
100 baxış

Prezident Trampın performansından əksər vətəndaşlar narazıdır - ABŞ-də sorğu

ABŞ-də aparılan son sorğu göstərir ki, respondentlərin 62 faizi Prezident Donald Trampın fəaliyyətindən razı deyil.

Medianews.az xəbər verir ki, sorğuya görə, seçicilər onun inflyasiya və İran siyasətini də təsdiqləməyib.

Massachusetts Amherst Universiteti tərəfindən 20-25 mart tarixlərində 1000 yetkin şəxs arasında aparılan sorğuda, respondentlərin 33 faizi Trampın prezidentlik fəaliyyətini təsdiqlədiyini, 62 faizi isə razı olmadığını bildirib.

İran siyasəti ilə bağlı yalnız 29 faizi Trampın addımlarını dəstəklədiyini, 63% faizin isə ona qarşı olduğunu bildirib. İnflyasiya sahəsində isə 24 faiz prezidentin işini yaxşı qiymətləndirib, 71 faizi isə “yetərli deyil” və ya “heç yaxşı deyil” deyib.

Sorğuda iştirak edənlərin 33 faizi özlərini “Amerikanı Yenidən Böyük Et” (MAGA) devizi ilə qismən və ya güclü şəkildə əlaqələndirib. Bu göstərici Respublikaçılar arasında 77 faiz, Demokratlar arasında isə 4 fazi olub.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İranın bəzi hədəflərinə hərbi müdaxilə edib. İran isə cavab olaraq İsrail və ABŞ-nin regional bazalarına zərbələr endirib. Həmin əməliyyatlarda Əli Xamenei və yüksək vəzifəli bir neçə rəsm öldürülüb.

Medianews.az

 

Bizə qoşulun