Rusiyada 31 yaşlı psixoloq 11 yaşlı qızı qətlə yetirdiyini etiraf edib.
Medianews.az xəbər verir ki, hadisə Krasnodar diyarında baş verib.
Məlumata görə, məktəbdən çıxan qız evə qayıtmayıb. Axtarışlara yüzlərlə insan, o cümlədən könüllülər cəlb edilib. Bir neçə gün sonra onun meyiti tapılıb.
Psixoloq saxlanıb və ifadəsində qızı avtomobildə boğaraq öldürdüyünü etiraf edib.
Kişi, bir neçə il uşaqlarla psixoloq pedaqoq kimi məşğul olub.
Hazırda hadisənin bütün detalları araşdırılır.
Medianews.az





