Medianews.az
Puqaçova qərarını verdi –
178 baxış
Yüklə

Puqaçova qərarını verdi – Satışa çıxaracaq

 SSRİ-nin xalq artisti Alla Puqaçova Rusiyanın paytaxtı Moskvadakı yeganə mənzilini satmaq qərarına gəlib.

Medianews.az xəbər verir ki, söhbət Arbat yaxınlığında, Filippovskiy döngəsində yerləşən 303 kvadratmetrlik beşotaqlı mənzildən gedir. Mənzil 2004-cü ildə keçmiş kürəkəni Ruslan Baysarov tərəfindən hədiyyə olunub.

Mənzil elit binada yerləşir, interyer dizaynerlərin məsləhəti ilə hazırlanıb, mebellər İtaliyadan gətirilib, pəncərələr isə Xilaskar Məsih kilsəsinə açılır. Puqaçova buraya Filipp Kirkorovla boşandıqdan sonra köçüb. Hazırda mənzil boşdur, yalnız ev işçisi tərəfindən vaxtaşırı yoxlanılır.

Ekspertlər satışın çətin ola biləcəyini bildirirlər. Əsas maneə kimi həyat yoldaşı Maksim Qalkinin “xarici agent” statusu və ailənin reputasiya məsələləri göstərilir.

Medianews.az

Bizə qoşulun