Məşhur estrada müğənnisi Alla Puqaçovanın ABŞ-la İsrailin İrana qarşı müharibəsi fonunda Rusiyaya qayıdacağı gözlənilir.
Medianews.az xəbər verir ki, bunu rusiyalı prodüser Pavel Rudçenko deyib.
Müğənninin 2025-ci ildə Bolqarıstanda malikanə aldığı məlumdur, lakin Rudçenko onun Avropa ölkəsinə köçəcəyinə şübhə edir: “Orada rusofobiya geniş yayılıb. Puqaçova isə rus sətəçisidir, Sovet İttifaqı dövründə yetişmiş bir müğənni, SSRİ-nin xalq artistidir. Avropa İttifaqında bu, onun bioqrafiyasında qara ləkə deməkdir”.
Rudçenko hazırda İsraildə yaşayan Alla Puqaçovanın və əri Maksim Qalkinin ABŞ-yə köçmə ehtimalını da təkzib edib. O bildirib ki, müğənninin artıq Rusiyaya qayıtmağı planlaşdırması tamamilə mümkündür. Rudçenko Puqaçovanın yayda qayıdacağı və Rusiyada yenidən özəl tədbirlərdə çıxış edəcəyi ehtimalını səsləndirib.
Medianews.az