Medianews.az
Putinin çıxışı zamanı etdiyi hərəkətlə gündəm oldu -
83 baxış

Putinin çıxışı zamanı etdiyi hərəkətlə gündəm oldu - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü maraqlı hadisə ilə yadda qalıb.

“Qafqazinfo” “Ura.ru” saytına istinadən xəbər verir ki, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin çıxışı zamanı bığlarını darayarkən görüntülənib.

Sosial şəbəkələrdə geniş paylaşılan bu görüntülər maraqla qarşılanıb.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində ötən gün Ali Avrasiya İqtisadi Şurasının iclası baş tutub, bu gün isə MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Ermənistan Baş naziri Nikol Paşinyan iştirak edirlər.

Bizə qoşulun