Medianews.az
"Qalatasaray"da casus qalmaqalı:
153 baxış

"Qalatasaray"da casus qalmaqalı: Bazaya giriş qadağan edildi

Türkiyə Superliqasında çempionluq yarışının həlledici mərhələsində "Qalatasaray"da diqqətçəkən qadağa qüvvəyə minib.

Medianews.az-ın oxu.az-a istinadən məlumatına görə, bundan sonra komandanın təlim-məşq toplanışlarını keçirdiyi "Kəmərburqaz" bazasına kənar şəxslərin (eləcə də qonaqların - red.) buraxılmasına qəti şəkildə icazə verilməyəcək.

İddialara əsasən, bu sərt qərar birbaşa baş məşqçi Okan Burukun tələbi ilə qəbul edilib.

Xatırladaq ki, təcrübəli mütəxəssis "Göztəpə" ilə qarşılaşmadan sonra start heyətinin gizli yollarla mətbuata sızdırılmasından ciddi şəkildə narahatlığını ifadə etmişdi.

Eyni zamanda, klub rəhbərliyi həlledici oyunlar ərəfəsində futbolçuların motivasiyasını üst səviyyəyə qaldırmaq üçün hərəkətə keçib. Belə ki, cari mövsüm üçün vəd edilən bütün mükafatların yaxın vaxtlarda oyunçuların hesabına köçürüləcəyi rəsmən açıqlanıb.

Qeyd edək ki, hazırda "Qalatasaray" 68 xalla Türkiyə Superliqasının vahid lideridir. "Sarı-qırmızılar"ın ən yaxın izləyiciləri isə 66 xalla "Fənərbağça" və 64 xala malik "Trabzonspor" klublarıdır.

Bizə qoşulun