Medianews.az
Qapıçı aranı qatdı, oyunda kütləvi dava düşdü -
118 baxış

Qapıçı aranı qatdı, oyunda kütləvi dava düşdü - VİDEO

İspaniya Sequndası çərçivəsində "Ueska" ilə "Real Saraqosa" arasında keçirilən oyun (1:0) kütləvi dava ilə başa çatıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, hadisənin əsas səbəbkarı qonaq komandanın qapıçısı Esteban Andrada olub.

Qalmaqallı epizod oyunun ikinci hissəsinə əlavə olunmuş vaxtda baş verib. 35 yaşlı qolkiper epizodların birində meydan sahiblərinin mərkəz müdafiəçisi Xorxe Pulidonu sinəsindən itələyib.

Qeyri-idman davranışına görə Andrada ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu qərar argentinalını daha da qəzəbləndirib və o, Pulidodan qisas almaq üçün ona tərəf qaçıb. Qapıçı rəqibini yumruqla vuraraq yerə yıxıb.

Bu hadisə hər iki komandanın üzvlərinin iştirak etdiyi kütləvi davaya səbəb olub. Nəticədə oyunun baş hakimi “Ueska”nın qapıçısı Dani Ximenesi və “Saraqosa”nın müdafiəçisi Dani Tasendeni də meydandan uzaqlaşdırıb.

Sonda qarşılaşma davam etdirilib və “Ueska” minimal hesabla qalib gəlib – 1:0. Toqquşmanın əsas səbəbkarı olan Andradanı uzunmüddətli diskvalifikasiya gözləyir. İnsident yaxın vaxtlarda intizam orqanları tərəfindən araşdırılacaq.

Qeyd edək ki, çempionatın bitməsinə 5 tur qalmış “Ueska” 36 xalla 19-cu pillədə, “Saraqosa” isə 35 xalla 21-ci sırada qərarlaşıb. Hər iki komanda elitada qalmaq uğrunda mübarizə aparır.

Bizə qoşulun