Qara dənizdə üzən Panama bayraqlı "Victress" adlı yük gəmisi pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.
Medianews.az “Haberler”ə istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə güclü yanğın baş verib və alov qısa müddətdə gəminin böyük hissəsini bürüyüb.
İlkin məlumata görə, gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşı olan ekipaj üzvləri olub.
Hadisədən sonra ekipajın təxliyəsinə başlanılıb. İlkin məlumatlara əsasən, 9 ekipaj üzvü xilas edilib. Xilas olunanlar arasında Türkiyə vətəndaşlarının da olduğu bildirilir.
Eyni zamanda, hücum nəticəsində ölənlərin olduğu iddia edilsə də, bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Yanğının gəmidə ciddi ziyana səbəb olduğu, hadisə ilə bağlı araşdırmaların davam etdiyi, həmçinin itkin düşdüyü bildirilən ekipaj üzvlərinin axtarışlarının aparıldığı qeyd olunur.