Medianews.az
"Qarabağ"ın futbolçusu Kamilo Duran həkimlərin  nəzarəti altında
45 baxış

"Qarabağ"ın futbolçusu Kamilo Duran həkimlərin nəzarəti altında müalicə alır

"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Medianews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisindən məlumat verilib.

"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək", - deyə klubdan bildirilib.

Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.

Bizə qoşulun