Hindistanda dəhşətli qətl hadisəsi baş verib.
Bu barədə NDTV məlumat yayıb.
Qadın sevgilisi ilə birlikdə aralarındakı münasibətə mane olan ərini öldürüb.
Hadisə 42 yaşlı Muthyam Reddinin mayın 18-də itkin düşməsi ilə başlayıb. Onun həyat yoldaşı Kalpana polisə müraciət edərək ərinin yoxa çıxdığını bildirib. Lakin araşdırmalar zamanı qadının bir neçə aydır ki, qonşu kəndin sakini Qayni Pandari ilə gizli münasibət saxladığı məlum olub. Əri bu münasibətdən xəbər tutduqdan sonra ailədə tez-tez mübahisələr yaşanıb və Kalpana bu vəziyyətdən çıxış yolunu ərini aradan götürməkdə görüb.
Saxlanılan şəxslər etirafedici ifadələrində Reddini kəndin kənarında öldürdüklərini bildiriblər. Sevgililər cəsədi gizlətmək üçün ekskavatorla tarlada çuxur qazaraq onu basdırıb, üzərini daş və torpaqla örtüblər. Hazırda polis cəsədi eksqumasiya edərək məhkəmə-tibbi ekspertizasına göndərib. İstintaq cinayətdə başqa şəxslərin də əli olub-olmadığını araşdırır./publika.az