Medianews.az
Qarın üstə yatmaq niyə zərərlidir? -
67 baxış

Qarın üstə yatmaq niyə zərərlidir? - AÇIQLAMA

Yuxu mütəxəssisi Lisa Artis duruş üçün ən zərərli yuxu mövqeyini açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, qarın üstə yatmaq insanın bədən duruşuna mənfi təsir göstərir.

Artis bildirib ki, qarın üstə uzanan zaman insanlar gecə boyu boyunlarını yan tərəfə çevirmək məcburiyyətində qalırlar. Bu isə boyun gərginliyinə, bel ağrılarına və duruş problemlərinə səbəb ola bilər.

Ekspert qeyd edib ki, arxası üstə və ya yan üstə yatmaq daha sağlam hesab olunur. Bu mövqelər onurğanı daha təbii vəziyyətdə saxlayır, bədəndəki gərginliyi azaldır və əzələlərin rahatlamasına kömək edir.

Lisa Artis əlavə edib ki, qarın üstə yatmağa öyrəşən insanlar onurğaya düşən yükü azaltmaq üçün nazik yastıqdan istifadə edə və ya ümumiyyətlə yastıqdan imtina edə bilərlər. Bundan əlavə, bel nahiyəsindəki təzyiqi azaltmaq üçün çanağın altına yastıq qoymaq tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun