Medianews.az
Qatilin atası polis rəisi, anası müəllim imiş
140 baxış

Qatilin atası polis rəisi, anası müəllim imiş

Kahramanmaraş şəhərində hadisədə istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.

 Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.

Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.
Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib. (Qafqazinfo)

Bizə qoşulun