Medianews.az
Qayınanasının evinin qarşısında maşınını yandırıb havaya atəş açdı -
68 baxış

Qayınanasının evinin qarşısında maşınını yandırıb havaya atəş açdı - VİDEO

Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda baş verən hadisə sakinlər arasında təşviş yaradıb.

Medianews.az xəbər verir ki, Həyat yoldaşından boşanmaq üzrə olan kişi əvvəl avtomobilini yandırıb, daha sonra isə ov tüfəngi ilə havaya atəş açıb.

Hadisə rayonun Ekin məhəlləsində saat 21:00 radələrində qeydə alınıb. Məlumata görə, H.Ş. həyat yoldaşı S.Ş.-nin anasının evinin qarşısına gəlib və dəfələrlə zəng etsə də, cavab ala bilməyib. Bu zaman əsəbiləşən şəxs avtomobilinin üzərinə benzin tökərək onu yandırıb.

Bununla kifayətlənməyən H.Ş. daha sonra ov tüfəngi ilə havaya bir neçə dəfə atəş açıb. Hadisəni görən ətraf sakinlər dərhal polisə məlumat veriblər.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Şübhəli polis əməkdaşları tərəfindən hadisədə istifadə etdiyi ov tüfəngi ilə birlikdə saxlanılıb. Onun barəsində araşdırmaların davam etdiyi bildirilir.

Medianews.az

Bizə qoşulun