Türkiyədə qədir gecəsi zamanı Fatih məscidində bir qrup qadın diqqətçəkən etiraz aksiyası keçirib.
Medianews.az Haberler.com-a istinadən xəbər verir ki, onlar baş örtüklərini yerə qoyaraq Məscidül-Əqsanın bağlı qalmasına etiraz ediblər.
Aksiya zamanı qadınlar kişilərə müraciət edərək “Məscidül-Əqsa müsəlmanların namusudur, sahib çıxın” çağırışı səsləndiriblər. Bildirilib ki, etirazın məqsədi müqəddəs məkanın günlərdir ibadətə qapalı qalmasına diqqət çəkməkdir.
Məlumata görə, İsrail təhlükəsizlik səbəblərini əsas gətirərək Əqsa məscidinə girişləri məhdudlaşdırıb, Ramazan dövründə kütləvi ibadətlərə icazə verməyib. Bu addım bölgədə və İslam dünyasında narazılıq doğurub.
Türkiyədən də məsələ ilə bağlı sərt reaksiyalar səslənib. Rəsmilər bu qərarı dini azadlıqlara zidd addım kimi qiymətləndirərək pisləyiblər.
Medianews.az