Almaniyanın paytaxtı Berlində yerləşən Yeni Milli Qalereya (Neue Nationalgalerie) muzeyində nümayiş olunan “Adi görünən heyvanlar” (“Regular Animals”) instalyasiyası maraqlı müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, layihəni amerikalı rəssam Mayk Vinkelmann (Beeple) hazırlayıb.
Layihədə İlon Mask, Mark Zukerberq və Ceff Bezos kimi məşhurların silikon başlarını daşıyan robot itlər muzeydə hərəkət edirlər.
Kameralar vasitəsilə görüntü toplayan robotlar bu məlumatları süni intellektlə emal edir və müxtəlif bədii üslublarda vizual çıxışlar yaradır. Layihə texnologiyanın və alqoritmlərin insanların dünyanı qavrama formasına təsirini ön plana çıxarır.
Sərgi çərçivəsində əldə olunan vizual materiallar ziyarətçilərə təqdim olunur, bəzi işlərdə isə rəqəmsal sənət nümunələrinə çıxış verən xüsusi kodlar yerləşdirilib.
Qeyd edək ki, Beeple rəqəmsal incəsənətin ən tanınmış simalarındandır. Onun Everydays: The First 5000 Days adlı əsəri 2021-ci ildə Christie's hərracında 69 milyon dollardan artıq qiymətə satılıb və NFT sənətinin populyarlaşmasında mühüm rol oynayıb.
Qeyd edək ki, NFT (Qeyri-işlək Token) sənəti, blokçeyn texnologiyası vasitəsilə rəqəmsal aktivlərin (şəkil, video, audio) unikallığını və mülkiyyətini təsdiqləyən rəqəmsal incəsənət növüdür.
Medianews.az

