Türkiyədə 25 yaşlı gəncin motosiklet qəzasında sərçə barmağı qopub. Həkimlərin vaxtında müdaxiləsi sayəsində bədən üzvü mikrocərrahi üsulla yenidən tikilib.
Medianews.az xəbər verir ki, hadisə İstanbulun Bahçelievlər rayonunda baş verib.
Qəzaya səbəb, düzgün park edilməmiş avtomobilin qapısının qəfil açılması olub. Zərbə nəticəsində Adem Kulak adlı gənc yerə yıxılıb və serçə barmağı qopub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal əməliyyata alınıb.
Əməliyyatı həyata keçirən əl cərrah Kadir Uzel bildirib ki, qopan üzvlərdə ilk 6 saat həlledici əhəmiyyət daşıyır:
“Xəstə bizə vaxtında müraciət edib. Mikrocerrahi üsulla barmaq yerinə tikilib. Hazırda qan dövranı normaldır”.
Həkimin sözlərinə görə, xəstənin qəza sonrası iki saat ərzində xəstəxanaya çatdırılması əməliyyatın uğurlu həyata keçirilməsində mühüm rol oynayıb.
Hazırda Adem Kulakın vəziyyəti stabildir və bərpa prosesi müsbət davam edir.
Medianews.az

