Qusarda sel aparan şəxsin meyiti tapılıb
Medianews.az "Report"a istinadla bildirir ki, Qusarın Gündüzqala kənd ərazisindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu sel aparıb.
Aparılan axtarışlar nəticəsində F. Rəsulovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.